aze/ rus/ en
Qrup haqqında
Fəaliyyət
Şirkətlər
Mətbuat xidməti
Kadrlar
Fotoalbom
Xəbərlər:
Ay  İl
Kompaniya xəbərləri
Ümumi
XXIX Yay Olimpiya oyunlarında Cüdoçularımızın nailiyyətləri
17.01.2009

Çinin paytaxtı Pekində keçirilən XXIX Yay Olimpiya oyunlarında avqust ayının 09-15-dək davam edən cüdo yarışlarında Azərbaycan cüdoçuları 1 qızıl və 1 bürünc medal ilə ümumi komanda hesabında 92 ölkə arasında 4-cü, kişilərin komanda hesabında Yaponiya və Koreyadan sonra 3-cü, Avropa ölkələri arasında isə 1-ci olublar. Cüdo yarışlarında 14 dəst medal uğrunda ümumilikdə 386 idmançı (230 kişi, 156 qadın) mübarizə aparıb.

Xatırladaq ki, yarışların ikinci günü (10 avqust) tatami üzərinə çıxan Ramil Qasımov (66 kq) ilk görüşündə Rusiya təmsilçisi Alim Qadanova uduzaraq görüşlərini başa vurmuşdur. Növbəti gün (11 avqust) mübarizəyə iki cüdoçumuz Elnur Məmmədli (73 kq) və Kifayət Qasımova (57) qatılıb. Belə ki, yeganə qadın təmsilçimiz ilk görüşünü dünya çempionatının bürünc mükafatçısı, Asiya çempionu Yaponiyalı Ayko Satoya qarşı keçirib. Qarşılaşmanın əvvəlində vazari fəndi ilə irəlidə olan cüdoçumuz nəticədə saxlama fəndinə düşərək görüşü məğlubiyətlə başa vurub. Yapon idmançısı isə növbəti görüşünü Çinli Yan Xuya məğlub olduğundan idmançımız bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq imkanlarını itirərək görüşlərini başa vurub. Sevindirici haldır ki, eyni gündə mübarizəyə qatılan Elnur Məmmədli Olimpiya Oyunlarında fəxri gürsünün ən yüksək pilləsinə qalxıb. Həmyerlimiz ardıcıl olaraq Dirk Van Tiçelt (Belçika), Konstantin Semyonov (Belarusiya), Kim Çol Su (KXDR) yarımfinalda isə Əli Malomat (İran) üzərində təmiz qələbə qazanıb. Final qarşılaşmasında bütün görüşlərdə olduğu kimi son dünya çempionatının qalibi Koreyalı Ki Çun Vanqada ippon fəndi ilə qalib gələn cüdoçumuz Olimpiya Oyunlarının qızıl mealını qazanıb.

Yarışların 4-cü günü (12 avqust) tatami üzərinə çıxan cüdoçumuz Mehman Əzizov (81 kq) ilk görüşündə Ole Bişovu (Almaniya)   üstələyə bilməyib. İdmançımız təsəlliverici görüşlərə qatılsada Travis Stivenə (ABŞ) uduzaraq mübarizəni dayandırmalı olub. Yarışların beşinci günü təmsilçimiz Elxan Məmmədov (90 kq) mübarizəyə qatılıb. Elxan ilk iki görüşdə müvafiq olaraq Neqmatullo Asranqulov (Tacikistan) və Xurşid Nəbiyev (Özbəkistan) üzərində qələbə qazansada yarımfinala vəsiqə uğrunda görüşdə son dünya çempionatının qalibi İrakli Tsirekidzeyə (Gürcüstan) uduzub. Azərbaycan cüdoçularından son olaraq (14 avqust) tatami üzərinə çıxan Mövlud Mirəliyev (100 kq) ardıcıl olaraq Hasen Azzoun (Əlcəzair), Levan Zorzoliani (Gürcüstan) və Daniel Bratanı (Rumıniya) məğlub etsədə yarımfinal qarşılaşmasında Monqolustanlı Tuvşinbayar Naydana uduzub. Bürünc medal uğrunda görüşdə isə Krol Henkə (Niderland) qalib gələn Mövlud Mirəliyev Olimpiya Oyunlarının bürünc medalını qazanıb.

Təbrik edrik!

Improtex Motors
Sükan arxasında əsl zövq
Improtex Travel
Dünyanın istənilən güşəsinə səyahət
Improtex Trading
Improtex Distribution Centre
Dünya şöhrətli dünya malları
2005, Improtex Group
MEQA şirkətinin istehsalı