aze/ rus/ en
Qrup haqqında
Fəaliyyət
Şirkətlər
Mətbuat xidməti
Kadrlar
Fotoalbom
Improtex Travel, Tours & Conferences
Improtex Motors
Improtex Trading
Improtex Distribution Centre
Improtex Marine & Sport Facilities
Improtex Trucks & Buses
Şirkət haqqında
Xidmət spektoru
Əlaqələr
Şirkət haqqında

“Improtex Travel, Tours & Conferences”  “Improtex Group” çoxşaxəli holdinq şirkətinin tərkib hissəsidir. 

  • “Improtex Travel, Tours & Conferences” şirkəti öz fəaliyyətinə 1991-ci ildən başlamışdır və hazırda turizm sahəsində  liderlərdən biridir. 2001 və 2003-cü illərdə “Improtex Travel, Tours & Conferences” şirkəti  “HUMAY” müstəqil milli mükafatı ilə təltif olunub, 2004-cü ilin yekunlarına görə isə “İlin turizm şirkəti” nominasiyasında "UĞUR" milli  mükafatına layiq görülüb.
  •  “Improtex Travel, Tours & Conferences” - Azərbaycana gələn əcnəbi qonaqların  qəbul edilməsi və xidmət göstərilməsi, eləcə də fərdi turistlərin və turist qruplarının  Azərbaycandan xaricə yola salınması ilə məşğul olur.
  • 14 illik fəaliyyəti ərzində şirkət dünyanın lider turizm agentlikləri, tanınmış otellər şəbəkəsi, aparıcı aviaşirkətlər qismində tərəfdaşlar qazanıb. 1996-cı ildən “Improtex Travel, Tours & Conferences” bütün ən iri Beynəlxalq turizm sərgilərində və forumlarında iştirak edir. 
  • Şirkətin Bakı şəhərində françayzinq sazişi və “Lufthansa City Center” şəbəkə statusu vardır.
  • “Improtex Travel”  Amerikan Turizm Agentlikləri Assosiasiyasının /ATAA/, Yapon Turizm Agentlikləri
    Assosiasiyasının  /YTAA/,  İpək Yolu üzrə turoperatorların Beynəlxalq qrupunun /SR Qrup/ üzvü, TUİ kimi ən iri alman turist konserninin akkreditə olunmuş agenti, Best Eastern Hotel-in (Rusiya) Azərbaycanda Baş tərəfdaşı və kordinatorudur. 
  • “Improtex Travel, Tours & Conferences”  bütün beynəlxalq reyslərə aviabiletlərin təsis edilməsini və satışını həyata keçirir. Şirkət Zaqafqaziyada İATA-nın /Hava Nəqliyyatının Beynəlxalq Assosiasiyası/ ilk agentidir. 
  • Şirkətin bazasında Məhdud Məsuliyyətli “Koqalımavia” Aviaşirkətinin” Baş nümayəndəliyi və Gəncə şəhərində “ÖTGİR” aviaşirkətinin Nümayəndəliyi təsis olunmuşdur.
  • “Improtex Travel, Tours & Conferences” CSA (Çex Hava yolları) aviaşirkətinin baş agenti və məhdud məsuliyyətli "AiRUnion" rəhbər şirkətinin (Aviaşirkətlərin Birləşmiş İttifaqı: “Domodedovskiye hava yolları”, “Omskavia”, “Samara”, “Sibaviatrans”) baş agentidir.
  • “Improtex Travel, Tours & Conferences” “Lufthansa“, “British Airways“, “Austrian Airlines“, “Turkish Airline“, “Aeroflot“ - Rusiya hava yolları“, «Pulkovo», «AeroSvit»,  «AZAL» aviaşirkətinin, MDB aviaşirkətlərinin əksəriyyətinin aviabiletlərin satışı üzrə agentidir.
  • Şirkət NKP-nin (Rusiyanın Nəqliyyat-Klirinq Palatası) Azərbaycanda Akkreditə olunmuş yeganə agentidir. NKP-nın neytral blanklarının olması Rusiyanın şəhərlərinə və MDB ölkələrinə uçuşlar
     həyata keçirən müxtəlif aviaşirkətlərin tranzit reyslərinə aviabiletlər təqdim etmək imkanı verir.
  • “Improtex Travel, Tours & Conferences” Nizami küçəsi 66, 8-ci kilometr qəsəbəsində, Qara Qarayev, 53 ünvanında, H. Əliyev adına hava limanında, eləcə də Respublika ərazisində 100-dən artıq subagentləri vardır.
  • “Improtex Travel, Tours & Conferences” H. Əliyev adına hava limanında (Bakı) və Gəncə şəhərinin hava limanında  aviaşirkətlərlə iş üzrə xidmət göstərir. Bütün bunların hamısı bizə çevik, güzəşt və endirim  sisteminin tətbiqi ilə ən yaxşı tariflər üzrə istənilən istiqamətlərə aviabiletlər satmağa imkan yaradır.
  •  “Improtex Travel, Tours & Conferences” Azərbaycan Respublikasının bölgələrində (Gəncə, Qax) və Dubayda (BƏƏ) filialları vardır.

Xəbərlər:
17
1 .09
17
1 .09
15
1 .09
Arxiv:
Improtex Motors
Sükan arxasında əsl zövq
Improtex Travel
Dünyanın istənilən güşəsinə səyahət
Improtex Trading
2005, Improtex Group
MEQA şirkətinin istehsalı