aze/ rus/ en
Qrup haqqında
Fəaliyyət
Şirkətlər
Mətbuat xidməti
Kadrlar
Fotoalbom
Struktur – struktur və rəhbərlik haqqında.
Layihələr – keçirdiyi və dəstəklədiyi layihələr
Əlaqə vasitələri
Qrup haqqında

IMPROTEX GROUP öz başlanğıcını 1991-ci ildə yaranmış "İmprotex" MMM-dən götürür. Şirkət bir qrup gənc, bacarıqlı, yüksək idarəetmə qabiliyyətinə malik mütəxəssislər tərəfindən yaradıldı. İlk vaxtlar şirkət Azərbaycanda və keçmiş sovet respublikalarında yalnız ölkə daxilinə turizm turları təşkil edirdi. Bu çox az müddət davam etdi. İndi isə şirkət biznesin müxtəlif sahələrində böyük təcrübəyə malikdir.

Şirkət sadə turların təşkilatçılığından baş ofisi Bakıda yerləşən, BƏƏ və Çində nümayəndəliyi olan çoxşaxəli bir korporasiyaya qədər inkişaf yolu keçdi.

 

IMPROTEX GROUP Azərbaycanda ən geniş və müvəffəqiyyət qazanmış holdinqlərdən biri oldu. Azərbaycanda ilk özəl avia şirkətin – “İmair“in yaradılması məhz İmproteks Qrupun adı ilə bağlıdır. 1996-cı ildə Ümummilli liderimiz Heydər Əliyevin yeni “İmproşop” mağazasının açılış mərasimində iştirak edərək bizə xeyir-dua verməsi ulu öndərimizin sahibkarlara olan diqqət və qayğısının təzahürü idi. Bu gün "İmprotex" Şirkətlər Qrupu Azərbaycanın iqtisadiyyatında özəl sektorda aparıcı mövqedə durur.

Bu gün IMPROTEX GROUP dünyanın ən məşhur şirkətləri ilə əməkdaşlıq edir, bir sıra xarici dövlətlərdə nümayəndəliyini yaradır, tanınmış brendlərin Azərbaycan bazarına gətirilməsinə nail olur, ölkənin qeyri neft sektorunun inkişafına öz töfhəsini verir.

 

Şirkətin məqsədi:

  • Azərbaycanda özəl sektorun aparıcı holdinqi olmaq
  • Xarici investorları Azərbaycanda müxtəlif layihələrə cəlb etmək
  • Müasir texnologiyaları Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə tətbiq etmək
  • Yeni iş yerləri açmaq
  • Dünya bazarına öz məhsullarımız və xidmət sahələrimizlə daxil olmaq
  • Azərbaycanı xarici dövlətlər sırasında layiqincə təmsil etmək. 
Xəbərlər:
17
1 .09
17
1 .09
15
1 .09
Arxiv:
Improtex Travel
Dünyanın istənilən güşəsinə səyahət
Improtex Trading
Improtex Marine & Sport Facilities
Aktiv istirahət sevənlər üçün
2005, Improtex Group
MEQA şirkətinin istehsalı